Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama
Dünya
860
10 Jan 2026 | 14:30

Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama

"Venesuela və ABŞ iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar".

Moderator.az-ın xəbərinə görə, bu barədə Bolivar Respublikasının prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges "Venezolana de Televisión" telekanalının efirində məlumat verib.

O qeyd edib ki, ölkə Venesuelada müstəqilliyi, sabitliyi, suverenliyini və sülhü qorumaq üçün Bolivar sülh diplomatiyasından istifadə edəcək.

Delsi Rodriges hesab edir ki, respublikanın seçdiyi yol ələ keçirilərək ABŞ-yə aparılan Venesuela prezidenti Nikolas Maduronun və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək.

"Biz bu yolda strateji səbir, qətiyyət, sonsuz sədaqət və hər şeydən əvvəl xalqımıza dərin sevgi ilə irəliləyirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Vaşinqton özünü respublikanın lideri elan etmiş prezident Xuan Quaydonu tanıdıqdan sonra 2019-cu ilin yanvar ayında Venesuela ABŞ ilə diplomatik münasibətləri kəsib.

2026-cı il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib. ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə endirilən zərbələri təsdiqləyib. Vaşinqton Prezident Maduro və həyat yoldaşının ələ keçirilməsi və ölkədən çıxarılması üçün əməliyyat keçirib.

Link kopyalandı!
Son xəbərlər