Tramp:
Dünya
813
10 Jan 2026 | 14:07

Tramp: "Tarixdə özümdən daha çox Nobel Sülh Mükafatına layiq olan birini xatırlaya bilmirəm"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, sona çatdırdığı səkkiz hərbi münaqişənin hər birini həll etdiyinə görə Nobel Sülh Mükafatına layiqdir.

Moderator.az TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

"Tarixdə özümdən daha çox Nobel Mükafatına layiq olan birini xatırlaya bilmirəm. Öyünmək istəmirəm, amma başqa heç kim müharibəni dayandırmayıb. Obama Nobel Mükafatı qazanıb. Amma niyəsini heç özü də bilmirdi. Heç indi də bilmir. Baxın, Trampı bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, mən səkkiz böyük müharibəyə son qoydum", - deyə o əlavə edib.

"Yəni dayandırdığın hər müharibəyə görə Nobel Mükafatı almalısan. Üstəlik, böyük müharibələr idi", - deyə Ağ Ev rəhbəri izah edib.

Xatırladaq ki, bu səkkiz müharibənin siyahısı ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında da qeyd olunur. Buraya Kamboca və Tailand, Konqo Demokratik Respublikası və Ruanda, Hindistan və Pakistan, İsrail və İran, Misir və Efiopiya, eləcə də Ermənistan və Azərbaycan arasındakı münaqişələr daxildir. Sənəddə, həmçinin Trampın Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasında və tanınmamış Kosovo dövləti ətrafında gərginliyin azaldılmasında mühüm rol oynadığı qeyd olunur.

Link kopyalandı!
Son xəbərlər