13:15
11°C
Bakı
Qrenlandiya ABŞ-a birləşmək istəmir.
Moderator.az AFP-yə istinadən xəbər verir ki, Qrenlandiyada 5 siyasi partiyanın lideri bununla bağlı birgə bəyanat yayıb.
“Biz amerikalı olmaq istəmirik, biz danimarkalı olmaq istəmirik. Biz qrenlandiyalı olmaq istəyirik. Qrenlandiyanın gələcəyi qrenlandiyalılar tərəfindən müəyyən olunmalıdır”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ya sülh, ya da güc yolu ilə ABŞ-ın nəzarətinə keçəcəyini vurğulayıb.