Zelenski: Ukrayna Donbasda iqtisadi zona yaradılması təklifini nəzərdən keçirir
Dünya
843
10 Jan 2026 | 12:55

Zelenski: Ukrayna Donbasda iqtisadi zona yaradılması təklifini nəzərdən keçirir

Ukrayna Donbasda ABŞ tərəfindən təklif olunan “bufer iqtisadi zonası” yaratmağı nəzərdən keçirir.

Moderator.az “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, Donbasın müəyyən ərazilərində iqtisadi zona münaqişə tərəflərinin normal həyata qayıtması üçün qoşunlarını təhlükəsiz məsafəyə çəkməsini tələb edən bir kompromis ola bilər.

Zelenskinin sözlərinə görə, başqa bir ssenari qoşunların çıxarılması olmadan hərbi əməliyyatların dayandırılması və ardınca mübahisəli məsələlərin diplomatik yolla həll edilməsidir.

Link kopyalandı!
Son xəbərlər