II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün Paşinyanın ətrafına toplaşan arxiyepiskopların sayı artır
Dünya
856
10 Jan 2026 | 12:35

II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün Paşinyanın ətrafına toplaşan arxiyepiskopların sayı artır

Erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı artır.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, erməni kilsəsinin yenilənməsi prosesinə qoşulan arxiyepiskopların sayı 16-ya çatıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı katolikosa müxalif olan 10 yepiskopla birlikdə erməni kilsəsinin yenilənməsi üzrə koordinasiya şurasının yaradıldığını elan edib.

Şuranın qəbul etdiyi sənəddə kilsədə islahatların təşviqi, hazırkı kilsə başçısının vəzifədən uzaqlaşdırılması, katolikosun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və bütün ermənilərin Katolikosunun müəyyən olunmuş qaydada seçilməsi nəzərdə tutulur.

Bundan sonra İrəvan küçələrində Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi alıtnda çoxsaylı insanın iştirakı ilə dini yürüş keçiriliib. Paşinyan deyib ki, bəzi qüvvələr kilsəni Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar. O, buna imkan verməyəcəklərini, Katolikos II Qareginin də Serj Sarkisyan kimi gedəcəyini bəyan edib.

Link kopyalandı!
Son xəbərlər