KİV: Tehranda ölən etiraçıların sayı azı 217 nəfərdir
Dünya
1300
10 Jan 2026 | 12:20

KİV: Tehranda ölən etiraçıların sayı azı 217 nəfərdir

Tehranda ölən etirazçıların sayı 200-dən çoxdur.

Moderator.az xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim “Time”a danışıb.

Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçının ölümü qeydiyyata alınıb.

Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib.

Qeyd edək ki, İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib. İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə 65 nəfərin öldüyünü açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər