Suriya
Dünya
1306
10 Jan 2026 | 10:37

Suriya "İbrahim razılaşmaları"na qoşulmağı planlaşdırmır

Suriya “İbrahim razılaşmaları”na qoşulmağı planlaşdırmır.

Moderator.az xəbər verir ki, bu barədə Suriyanın informasiya naziri Həmzə əl-Mustafa “Al Arabiyya” kanalına danışıb.

“Suriya “İbrahim razılaşmaları”nın iştirakçısı ola bilməz. Çünki İsrail bizim torpağımızı, xüsusilə Colan təpələrini işğal edib. Prezidentin də qeyd etdiyi kimi, bu razılaşmalar İsrailin işğal etmədiyi ölkələr arasındadır”, - suriyalı nazir bildirib.

Qeyd edək ki, “İbrahim razılaşmaları” ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulması haqqında sazişdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər