02:12
6°C
Bakı
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda avtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər xəsarət alıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, yük maşınının sürücüsü Qars–Ərzurum avtomobil yolunun Karakurt ərazisində idarəetməni itirib.
Nəticədə avtobus yük maşını ilə toqquşub.
Hadisə yerinə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD), təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
İlkin müəyyənləşdirməyə əsasən, qəza nəticəsində xəsarət alan 9 nəfər təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.