Hakan Fidan Maduroya Türkiyəyə gəlmək təklif olunması barədə xəbərlərə münasibət bildirib
Dünya
645
09 Jan 2026 | 23:47

Hakan Fidan Maduroya Türkiyəyə gəlmək təklif olunması barədə xəbərlərə münasibət bildirib

Türkiyə xarici işlər naziri Hakan Fidan 10 ay əvvəl Türkiyəyə Venesuela ilə ABŞ arasında vasitəçilik təklif edildiyini bildirib.

Moderator.az-ın məlumatına görə, Hakan Fidan Nikolas Maduronun hakimiyyəti dövründə ABŞ ilə gərginliyin aradan qaldırılması üçün Türkiyəyə vasitəçilik təklif olunduğunu, lakin Maduronun Türkiyəyə gəlməsi ilə bağlı hər hansı təklifin olmadığını bildirib.

“Biz bu prosesi addım‑addım izləyirdik və peşəkar şəkildə hesabat verirdik. 10 ay əvvəl Türkiyəyə vasitəçilik təklifi edilmişdi. Tramp hakimiyyətə gələndən sonra diplomatik danışıqlar başladı və biz də kömək etdik. Lakin danışıqlar nəticə vermədi. İki ölkə arasında anlaşılmazlıq artdı və başqa ölkələr də Venesuelaya qarşı sanksiyalar tətbiq etdilər. Prezidentimizin yanaşması tərəfləri diplomatik həllər tapmağa təşviq etmək olub. Amma sonradan vəziyyət müzakirələrdən çıxaraq gərginləşdi”, - Hakan Fidan əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər