ISW: İrandakı etirazları yatırmaq üçün SEPAH qüvvələrindən istifadə olunur
Dünya
670
09 Jan 2026 | 21:30

ISW: İrandakı etirazları yatırmaq üçün SEPAH qüvvələrindən istifadə olunur

İranın Kirmanşah əyalətində və ehtimal ki, digər bölgələrdə etirazları yatırmaq üçün SEPAH-ın quru qüvvələrindən istifadə olunub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun ("Institute for the Study of War" - ISW) hesabatında üeyd olunub.

Bu, 22 yaşlı gənc Məhsa Əmini ilə bağlı etirazlardan sonra nadir baş verən hadisədir.

Eyni zamanda, insan haqları təşkilatları bəzi təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açmaqdan imtina etdiyini bildirir.

İranın bəzi "Telegram" kanalında yayılan məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurası təxribat aktlarının qarşısını alacağını bildirib.

Link kopyalandı!
Son xəbərlər