Tramp: Venesuelaya qarşı ikinci hücum planını ləğv edəcəm
1308
09 Jan 2026 | 21:27

Tramp: Venesuelaya qarşı ikinci hücum planını ləğv edəcəm

Venesuela "sülh axtarışı"nın əlaməti olaraq çox sayda siyasi məhbusu azadlığa buraxır. Bu, çox vacib və ağıllı bir jestdir. ABŞ və Venesuela birlikdə yaxşı işləyirlər. Bunu nəzərə alaraq, ikinci hücum planını ləğv etdim.

Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizlik məqsədi üçün bütün gəmilər yerində qalacaq: "Əsas neft şirkətləri ən azı 100 milyard dollar sərmayə qoyur və mən bu gün Ağ Evdə onlarla görüşəcəm".

Link kopyalandı!
Son xəbərlər