G7 sammitinın keçirilmə vaxtı Trampın ad günü səbəbindən dəyişdirildi
1318
09 Jan 2026 | 21:20

G7 sammitinın keçirilmə vaxtı Trampın ad günü səbəbindən dəyişdirildi

Fransa ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi günündə - 14 iyunda Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turniri ilə üst-üstə düşməməsi üçün "Böyük Yeddilik" (G7) ölkələri liderlərinin sammitinin vaxtını dəyişmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri sammitin təşkili ilə tanış olan mənbələrə istinadən xəbər verir.

İlkin olaraq G7 liderlərinin görüşü iyunun 14-də - ABŞ-də Bayraq Günü və Trampın ad günündə keçirilməli idi.

Lakin ötən ilin oktyabrında ABŞ lideri Ağ Evin cənub qazonunda 5 minə yaxın tamaşaçının gözlənildiyi UFC döyüşünün keçiriləcəyini anons edib. Bununla əlaqədar olaraq, Fransa sammiti 15-17 iyun tarixlərinə keçirib.

Link kopyalandı!
Son xəbərlər