01:04
6°C
Bakı
Ukrayna Rusiyanın hücum zamanı "Oreşnik" raketini tətbiq edə biləcəyi barədə Polşanı xəbərdar edib. Polşanın monitorinq sistemləri raketin uçuş trayektoriyasını və düşdüyü yeri izləyib.
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "RMF24" nəşri məlumat yayıb.
Bundan əlavə, Rusiyanın hücumu zamanı Kiyev Varşavaya raket haqqında məlumat da təqdim edib.
Xəbərdarlıq səbəbindən Polşa Silahlı Qüvvələrinin Əməliyyat komandanlığı yerüstü hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib. Buna Polşanın bir "Patriot" batareyası və Jeşuv yaxınlığında yerləşən Niderlandın bir neçə sistemi daxildir.
Qırıcı təyyarələr tətbiq edilməyib, çünki onlar müasir hipersəs raketini məhv etmək üçün faydasız sayılır.