ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gəlib
1298
09 Jan 2026 | 20:58

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gəlib

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti yanvarın 9-da Prezident Nikolas Maduronun kənarlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, ABŞ Dövlət Departamentinə məxsus "Dash 8-300" təyyarəsi Karakasda eniş edib. Səfər ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyəti fonunda baş tutub.

Mənbə ABŞ-nin Kolumbiyada yerləşən Venesuela Məsələləri İdarəsinin əməkdaşlarının, həmçinin ABŞ-nin Kolumbiyadakı səlahiyyətli səfiri Con Maknamaranın Karakasa səfirliyin mərhələli bərpası imkanlarının ilkin qiymətləndirilməsi məqsədilə gəldiklərini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər