08:30
8°C
Bakı
ABŞ Dövlət Departamentinin təyyarəsi cümə günü, yanvarın 9-da Karakas hava limanına enib.
Moderator.az xəbər verir ki, bunu “Flightradar”ın məlumatları sübut edir.
Məlumata görə, ABŞ Dövlət Departamentinə məxsus Dash 8-300 turbovintli təyyarə Kurasaonun Villemstad şəhərindən yola düşüb və təxminən 17:35-də Karakasa enib.
Uçuşun məqsədi, eləcə də göyərtədə olanların kimliyi hələ də məlum deyil.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-lə əməkdaşlıq etdiyini və buna görə də bu ölkəyə hücumların ikinci dalğasını dayandırdığını açıqlamışdı.