Xamenei İrandakı etirazçıların Trampın
Dünya
689
09 Jan 2026 | 20:35

Xamenei İrandakı etirazçıların Trampın "işinə yarımağa" çalışdıqlarını bəyan edib

İranın ali rəhbəri Əli Xamenei cümə günü bəyan edib ki, paytaxt Tehranda və ölkənin digər şəhərlərində etiraz aksiyasına çıxanların bəziləri ABŞ Prezidenti Donald Trampın "işinə yarımağa" çalışırlar.

Moderator.az xəbər verir ki, Xamenei bu barədə özünün "X" hesabında yazıb.

"Dünən axşam Tehranda və bir sıra şəhərlərdə dağıdıcılığa meyilli insanlardan ibarət qrup ABŞ Prezidentinin işinə yarmaq və onu xoşbəxt etmək üçün öz ölkələrinə məxsus binaları dağıdıblar", - Xamenei yazıb.

"ABŞ Prezidenti deyib ki, əgər İran hökuməti onu etsə, bunu etsə, qiyamçıların tərəfində olacağam. Qiyamçılar öz ümidlərini ona bağlayıblar", - o, əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər