Abbas Əraqçı İsrail və ABŞ-nin İrana mümkün hücumunu dəyərləndirib
Dünya
702
09 Jan 2026 | 20:30

Abbas Əraqçı İsrail və ABŞ-nin İrana mümkün hücumunu dəyərləndirib

"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır, lakin eyni zamanda hücumu az ehtimal olunan hesab edir".

Moderator.az IRIB-ə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

"Biz ABŞ və İsrailin yeni hücumunu istisna edirik. Təkrar hücum baş verərsə, onlara yeni məğlubiyyət yaşadılacaq", - deyə o bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ iyunun 22-də münaqişəyə daxil olaraq İranın İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinə zərbələr endirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər