Almaniya rəqəmsal zorakılıqla mübarizə üçün yeni tədbirləri nəzərdən keçirəcək
Dünya
677
09 Jan 2026 | 20:20

Almaniya rəqəmsal zorakılıqla mübarizə üçün yeni tədbirləri nəzərdən keçirəcək

Almaniya Ədliyyə Nazirliyi yaxın zamanda insanların şəxsi hüquqlarını pozan şəkillərlə manipulyasiya etmək üçün süni intellektdən istifadəyə qarşı mübarizədə hakimiyyət orqanlarının daha səmərəli fəaliyyətinə imkan verəcək tədbirlər təqdim etməyi planlaşdırır.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, son vaxtlar "X" sosial şəbəkəsində süni intellekt əsasında qurulan "Grok" söhbət botu istifadəçilərə intim xarakterli şəkillər yaratmağa imkan verən "pikant rejim"ə görə araşdırma predmetinə çevrilib.

Söhbət botu çox vaxt təsvir olunan şəxslərin razılığı olmadan qadın və uşaqların açıq-saçıq geyimdə şəkillərini yaradır.

Nazirlik bu məsələni Almaniyanın məhkəmələrində nəzərdən keçirməyə hazırlaşdığını vurğulayıb.

"Genişmiqyaslı manipulyasiyaların şəxsi hüquqların sistematik pozulması üçün istifadə edilməsi qəbulolunmazdır. Buna görə də biz cinayət qanunvericiliyinin bununla mübarizədə daha səmərəli istifadə olunmasını təmin etmək istəyirik", - məlumatda deyilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər