00:31
6°C
Bakı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 9-da ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinni diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə XİN-ə istinadən məlumat yayıb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına imkan verən birgə işi müzakirə ediblər.
Bununla yanaşı, Mirzoyan və Kuinn "Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı addımları müzakirə edərək bu təşəbbüsün regional əlaqəliliyə və dayanıqlı inkişafa verəcəyi töhfə baxımından əhəmiyyətini vurğulayıblar.