00:47
6°C
Bakı
Ukraynanın müdafiə naziri Denis Şmıqal Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə Kiyevdə müdafiə sahəsində yüz illik tərəfdaşlığın inkişafı üzrə yol xəritəsini imzalayıb.
Moderator.az bildirir ki, bu barədə Şmıqal öz "Telegram" kanalında məlumat verib.
"Sənəddə bir sıra əsas təhlükəsizlik istiqamətlərində 2026-cı ilə qədər müdafiə əməkdaşlığı təsbit edilib. Bu, genişmiqyaslı layihələrin həyata keçirilməsində mühüm addımdır ki, Ukrayna ilə Böyük Britaniya arasında 100 illik tərəfdaşlıq sazişi sayəsində mümkün olacaq", - deyə o bildirib.