06:21
8°C
Bakı
Qrenlandiyalıların mütləq əksəriyyəti (85%) ABŞ vətəndaşı olmaq istəmir.
Moderator.az xəbər verir ki, "Financial Times" qəzetinin sosioloji sorğusunun nəticələrindən belə məlum olub.
Respondentlər Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inanırlar. Bundan əlavə, ada sakinləri ABŞ-də cinayətkarlıq səviyyəsinin yüksək, səhiyyə xidmətinin baha olduğunu qeyd ediblər.
Analitiklərin fikrincə, yalnız 6% sakin Qrenlandiyanın ABŞ-yə birləşməsini dəstəkləyir. Bu arada, sorğuda iştirak edənlərin, demək olar ki, yarısı - 45%-i ABŞ Prezidenti Donald Trampın adaya münasibətini potensial təhlükə kimi görür.
Xatırladaq ki, daha əvvəl D.Trampın 57 000 qrenlandiyalının "ABŞ ilə birlikdə olmaq istədiyini" bildirmişdi.