05:53
8°C
Bakı
Kiyev meri Vitali Kliçko sakinləri mümkün olduqda şəhəri tərk etməyə çağırıb .
Moderator.az xəbər verir ki, bu barədə şəhər rəhbəri sosial media hesabında paylaşım edib.
"Kimin alternativ elektrik enerjisi və istilik təchizatı olan yerlərə çıxış imkanları varsa, müvəqqəti olaraq paytaxtı tərk etmələri üçün müraciət edirəm", - deyə Kliçko yazıb.
Kliçkonun sözlərinə görə, hazırda Kiyevdəki çoxmənzilli binaların yarısında (təxminən 6 000) istilik təchizatı yoxdur.
Ukrayna Ali Radanın deputatı Aleksey Kuçerenko isə bildirib ki, kommunal xidmət işçilərinə binadaxili sistemlərdən suyun boşaldılması tapşırılıb. Bu, donmuş su səbəbindən istilik borularının partlamasının qarşısını almaq üçündür.