KİV: ABŞ ordusu Atlantik okeanında neft tankerlərini təqib edir
Dünya
738
09 Jan 2026 | 16:25

KİV: ABŞ ordusu Atlantik okeanında neft tankerlərini təqib edir

ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanında bu həftənin əvvəlində Venesuela sularını tərk edən bir neçə neft tankerini təqib edir.

Moderator.az-ın "The New York Times" qəzetinə istinadən verdiyi xəbərə görə, əksəriyyəti neftlə yüklənmiş gəmilərin şərqə, Afrika və Avropaya doğru üzdüyü ehtimal edilir.

Prezident Donald Tramp dekabrın ortalarında sanksiya altına düşmüş bütün tankerlərin tam blokadasını tapşırdıqdan sonra ABŞ ordusu İran neftinin daşınması üçün Rusiya bayrağı altında üzən "Mariner" (Bella-1) də daxil olmaqla dörd gəmini saxlayıb.

Nəşrin məlumatına görə, hazırda Atlantik Okeanında olan tankerlər qrupunun Venesuela sularını kütləvi şəkildə tərk edərək blokadanı yarmaq istədikləri ehtimal olunur. 15 tankerdən 4-ü şərqə, 5-i isə şimal-şərqə üz tutub. Bir tanker isə Kolumbiya sahillərində yenidən peyda olub. Qalan beş gəminin harada olduğu açıqlanmır. Onların heç birinin son təyinat ünvanları da məlum deyil.

Qəzet Rusiya Dəniz Gəmiçiliyi Reyestrinin məlumatlarına istinadən xəbər verir ki, "Mariner"dən (Bella-1) başqa, bu həftə Venesuela sularından çıxan daha dörd tanker Rusiya bayrağı altına keçiblər. Belə ki, "Veronika" tankeri ABŞ-ni diqqətini yayındırmaq üçün adını "Qalileo" qoyub və Rusiya bayrağını qaldırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər