Yəmənin Cənub Keçid Şurası özünü buraxdığını elan etdi
Dünya
1289
09 Jan 2026 | 16:10

Yəmənin Cənub Keçid Şurası özünü buraxdığını elan etdi

Ölkənin cənub əyalətlərinin ayrılması mövqeyindən çıxış edən Yəmənin Cənub Keçid Şurası (CKŞ) rəsmi olaraq özünü buraxdığını və bütün strukturlarının fəaliyyətini dayandırdığını elan edib.

Moderator.az-ın Yəmənin SABA agentliyinə istinadən xəbərinə görə, bu barədə təşkilatın bəyanatında məlumat verilib.

"Biz CKŞ-nin, onun bütün əsas və köməkçi orqanlarının və müəssisələrinin buraxıldığını, eləcə də həm ölkə daxilində, həm də ölkədən kənarda bütün ofislərin bağlandığını elan edirik. Biz, həmçinin Krallığın (Səudiyyə Ərəbistanı) himayəsi altında cənub qüvvələrinin ümumi konfransının keçirilməsinə hazırlıq vasitəsilə Cənubun ədalətli məqsədinə çatmaq niyyətimizi bəyan edirik", - deyə bəyanatın mətnində qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər