Cənubi Koreyada 2024-cü ilin dekabr ayında Muan hava limanında "Jeju Air" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılıb.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, dəhşətli qəzada itkilərin sayının az olması mümkün imiş.
Cənubi Koreyanın müxalifətyönlü parlament üzvü Kim Yın Xe yerli Hava və Dəmir Yolu Qəzalarının Araşdırılması Komissiyası tərəfindən təqdim edilən hesabata əsasən belə qənaətə gəlib.
Onun sözlərinə görə, uçuş-enmə zolağının sonunda beton maneə olmasaydı, təyyarədəki sərnişinlər sağ qala bilərdilər.
Mütəxəssislər müəyyən ediblər ki, təyyarənin uçuş-enmə zolağına ilkin zərbəsi ciddi xəsarətlərə səbəb olacaq qədər güclü olmayıb.
Məlumata görə, təyyarə betona çırpılmasa, təxminən 770 metr sürüşüb gedəcəkdi.
Xatırladaq ki, Tailanddan Cənubi Koreyaya uçan "Boeing 747" təyyarəsi hava limanında təcili eniş edərkən uçuş-enmə zolağından çıxıb. Qəza nəticəsində 179 nəfər ölüb. Sağ qalanlar yalnız kabinənin ən arxa hissəsində oturan iki stüardessa olub.