Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun "Donro Doktrinası" Qərb yarımkürəsində sabitlik və təhlükəsizliyi təmin etməyə hesablanıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News"a verdiyi müsahibədə deyib.
"Biz ölkəmizə narkotiklərin gətirilməsini istəmirik. İstəmirik ki, pis insanlar ölkəmizə gəlsinlər", - deyə ABŞ lideri vurğulayıb.
O qeyd edib ki, klassik "Monro Doktrinası"nın adı onun şərəfinə dəyişdirilib, çünki hazırkı ABŞ Administrasiyası guya əvvəlki xarici siyasət konsepsiyasının məqsədlərini aşıb.
Daha əvvəl "Axios" portalı "Donro Doktrinası"nın beşinci ABŞ Prezidenti Ceyms Monro tərəfindən 1823-cü ilin dekabrında təqdim edilən "Monro Doktrinası"nın yenilənmiş versiyası olduğunu bildirib. Məqalə müəlliflərinin fikrincə, D.Tramp bu doktrinanı yeni dünya düzəni yaratmaq üçün istifadə edir. Yenilənmiş sənəd Qərb yarımkürəsini ABŞ-nin təsir dairəsi kimi tanıyır. Nəşr bildirir ki, ABŞ bu bölgəyə təkcə düşmənlərinin deyil, həm də müttəfiqlərinin hər hansı müdaxiləsinin qarşısını alacaq.