Dünya
857
09 Jan 2026 | 10:47

"NetBlocks": "İran 12 saatdır internetsizdir"

"İranda internet aktivliyi son 12 saat ərzində ən aşağı səviyyədə olub".
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" məlumat yayıb.
 
"İran 12 saatdır ki, internetdən kənardadır və bağlantı normal səviyyənin təxminən 1%-nə enib", - deyə monitorinq xidmətinin məlumatında bildirilib.
 
Xəbərdə bildirilir ki, İran rəsmiləri internet bağlantılarının kəsiləcəyi ilə bağlı öncədən rəsmi elan verməyib.
 
Xatırladaq ki, dekabrın 29-dan etibarən Tehranda kütləvi etiraz aksiyaları başlayıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər