Bizi sosial şəbəkələrdən izləyin:
Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən 4 kosmonavt Yerə vaxtından əvvəl qaytarılacaq. Buna səbəb onlardan birinin səhhətində yaranan problemlərdir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Aerokosmik agentliyi NASA məlumat verib. Lakin kosmonavtın hansı xəstəlikdən əziyyət çəkdiyi vurğulanmır.
NASA-nın məlumatında yaxın günlərdə 4 nəfərlik heyətin Yerə qayıdacağı bildirilir. Onların arasında bir Rusiya vətəndaşı da var.