NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq
Dünya
1315
09 Jan 2026 | 08:27

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq

Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən 4 kosmonavt Yerə vaxtından əvvəl qaytarılacaq. Buna səbəb onlardan birinin səhhətində yaranan problemlərdir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Aerokosmik agentliyi NASA məlumat verib. Lakin kosmonavtın hansı xəstəlikdən əziyyət çəkdiyi vurğulanmır.
 
NASA-nın məlumatında yaxın günlərdə 4 nəfərlik heyətin Yerə qayıdacağı bildirilir. Onların arasında bir Rusiya vətəndaşı da var.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər