Bizi sosial şəbəkələrdən izləyin:
Astronomlar Vera Rubin Rəsədxanasının məlumatlarında anomaliya aşkar ediblər. Diametri təxminən 700 metr olan bir asteroid bu ölçüdəki səma cisimləri üçün son dərəcə qeyri-adi davranış nümayiş etdirir.
Moderator.az xəbər verir ki, məlumat Noirlab.edu saytına istinadən təqdim olunub.
"2025 MN45" adlı obyekt rekord sürətlə fırlanır - o, tam bir dövrəni cəmi 1.9 dəqiqəyə tamamlayır. Bu isə onu hazırda diametri 500 metrdən böyük olan və mərkəzdənqaçma qüvvələrinin təsiri altında dağılmadan bu qədər intensiv fırlanmaya tab gətirə bilən yeganə məlum asteroid edir.
Kəşfin unikallığı ondan ibarətdir ki, məlumatlar son dərəcə qısa müddətdə - 2025-ci ilin aprel-may aylarında cəmi bir həftə ərzində aparılmış müşahidələrə əsaslanır.
Hazırda Sara Qrinstritin rəhbərlik etdiyi alimlər qrupu fırlanma dövrləri etibarlı şəkildə müəyyən edilmiş 76 asteroid aşkar edib. Onların arasında fırlanma dövrləri 13 dəqiqədən 2.2 saata qədər olan 16 "supersürətli" və beş dəqiqədən az müddətdə bir dövrəni tamamlayan üç "ultrasürətli" obyekt var. Bu obyektlərdən 18-i Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağındadır.