17:15
12°C
Bakı
BMT ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində həlak olanların sayından narahatlığını ifadə edib.
Moderator.az xəbər verir ki bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, səsləndirilən rəqəmlər ciddi narahatlıq doğurur.
Qeyd edək ki, yanvarın 7-də Venesuelanın vətəndaş təhlükəsizliyi üzrə vitse-prezidenti, daxili işlər, ədliyyə və sülh məsələləri naziri Diosdado Kabelyo ABŞ-ın silahlı hücumu nəticəsində azı 100 nəfərin həlak olduğunu açıqlayıb.