Ukrayna ilə bağlı danışıqlara qəsdən mane olurlar - Fitso
Dünya
1089
08 Jan 2026 | 21:47

Ukrayna ilə bağlı danışıqlara qəsdən mane olurlar - Fitso

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynada münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara qəsdən maneələr yaradıldığını bildirib.

Moderator.az xəbər verir ki, Fitso bunu çexiyalı həmkarı Andrey Babişlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişəni mümkün qədər tez sülh yolu ilə başa çatdırmaq üçün səmimi maraq yoxdur:

“Mən əminəm ki, sülh danışıqlarına məqsədli şəkildə mane olunur. Bu münaqişəni tezliklə sülh yolu ilə bitirmək niyyəti hiss olunmur”.

Baş nazirin fikrincə, atılan addımlar Ukraynadakı münaqişənin hələ uzun aylar davam edəcəyinə işarə edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər