Rusiyanın raket və dron hücumu nəticəsində Krivoy Roqda beş nəfər yaralanıb
Dünya
1081
08 Jan 2026 | 21:17

Rusiyanın raket və dron hücumu nəticəsində Krivoy Roqda beş nəfər yaralanıb

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə ballistik raketlər və dronlarla hücum edib.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələrdən biri yaşayış evinə düşüb, nəticədə beş sakin xəsarət alıb.

"Rusiyanın zərbəsi nəticəsində Krivoy Roqda 5 nəfər xəsarət alıb, onlardan biri uşaqdır. Yaralı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", - Krivoy Roq rayon hərbi administrasiyasının rəisi Yevgeni Sitniçenko yazıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər