14:37
13°C
Bakı
Palau bayrağı altında üzən "Elbus" neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb və Türkiyə sahillərində buksirlənib.
Moderator.az-ın məlumatına görə, bu barədə İHA agentliyi məlumat verib.
Məlumata görə, hücum daha əvvəl, gəmi Türkiyənin Kastamonu əyalətindən təxminən 30 dəniz mili (57 km - red.) məsafədə olarkən baş verib. Ehtimal olunur ki, hücum pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib. Gövdənin yuxarı hissəsi zərbəyə məruz qalıb.
Kapitan fövqəladə vəziyyət siqnalı göndərib və bundan sonra Türkiyə Sahil Mühafizəsi bölmələri operativ şəkildə hadisə yerinə gediblər.
Ekipaj üzvlərinin xəsarət almadığı bildirilib.