Avropa İttifaqı Qrenlandiyada hərbi bölmələrin yerləşdirilməsi imkanlarını müzakirə edir, bunda məqsəd ABŞ tərəfindən adanın potensial ələ keçirilməsinin qarşısının alınmasıdır.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri məlumat verib.
Danimarkanın ərazi bütövlüyünün müdafiəsi strategiyası ilə bağlı müzakirələr çərçivəsində Avropa diplomatları ittifaq qoşunlarının Qrenlandiyaya yerləşdirilməsi variantını nəzərdən keçirməyi təklif ediblər.
Qərb ekspertlərinin fikrincə, Avropa qoşunlarının, xüsusən də Almaniya və Fransadan olan bölmələrin fiziki mövcudluğu çəkindirici amil rolunu oynaya və Vaşinqtonun istənilən güc ssenarisinin siyasi dəyərini əhəmiyyətli dərəcədə artıra bilər.
Bundan əlavə, müzakirə olunan tədbirlər arasında Arktikada müdafiə xərclərinin artırılması və "Arktik mühafizəçi" yeni patrul sxeminin yaradılması təklifləri də var. Bu, ABŞ Prezidenti Donald Trampa Avropanın regional təhlükəsizliyi müstəqil şəkildə təmin etmək və adanı Rusiya və Çin maraqlarından qorumaq qabiliyyətinə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır.