13:34
12°C
Bakı
İranın 23 yaşadək futbolçulardan ibarət (U-23) millisinin üzvləri Asiya çempionatında himni oxumaqdan imtina ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bu, İranda ümumxalq etirazlarının baş verdiyi günlərə təsadüf edib.
İranlı futbolçuların Cənubi Koreya ilə oyundan paylaşılan görüntüləri diqqəti çəkib.
Kadrlarda iranlı futbolçular kədərli üz ifadələri ilə stadionda səslənən himni dinləyirlər. Qarşılaşma 0:0 hesabı başa çatıb.
Xəbərdə bildirilir ki, indiyə qədər İran Futbol Federasiyası müxtəlif yaş qrupları üzrə milli komandaların oyunlarında futbolçuları hərbi salamla birlikdə dövlət himnini oxumağa məcbur edirdi.