13:34
12°C
Bakı
İranın İlam əyalətində qəzəbli nümayişçilər Keşavarzi bankının qarşısında etiraz aksiya keçiriblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, etiraz aksiyası zamanı etirazçılar bank binasına daxil olaraq, orada saxlanılan bütün kağız sənədləri məhv ediblər.
Son günlərdə ölkənin müxtəlif bölgələrində davam edən etirazlar fonunda hökumət və maliyyə müəssisələri də, həmçinin tez-tez etirazçıların hədəfinə çevrilir.
Eyni zamanda, bildirilib ki, ötən gün Çaharmahal əyalətinin Lordeqan şəhərində və Bəxtiyari əyalətində keçirilən etiraz aksiyaları zamanı iki polis əməkdaşı öldürülüb.