12:45
10°C
Bakı
Yanvarın 7-də Atlantik okeanda ABŞ tərəfindən ələ keçirilmiş Rusiya bayrağı altında üzən "Marinera" tankerində olan Gürcüstan vətəndaşları ilə bağlı araşdırma aparılır.
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyindən bildirilib.
Agentlik gəmini istismar edən şirkəti müəyyənləşdirir və ekipaj üzvləri barəsində informasiya əldə edir.
Qeyd edək ki, gəmi heyətinin kapitan da daxil olmaqla 6 üzvünün Gürcüstan vətəndaşı olduğuna dair məlumatlar yayılıb.