"Marinera" tankerinin ələ keçirilməsi və ekipajının əsir alınması beynəlxalq dəniz hüququnun fundamental prinsiplərinin və normalarının kobud şəkildə pozulmasından başqa bir şəkildə şərh edilə bilməz.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Rusiya XİN ABŞ hakimiyyətinin gəminin heyətinə qarşı hüquqi tədbirlər görməklə bağlı təhdidlərini "qətiyyən qəbuledilməz" adlandırıb.
Qeyd olunub ki, ABŞ, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə gəminin Rusiya mənsubiyyəti və mülki dinc statusu barədə dəfələrlə etibarlı məlumat alıb: "Onların buna şübhəsi ola bilməzdi, necə ki, guya tankerin "bayraqsız" və ya "saxta bayraq altında" üzdüyü barədə fərziyyə irəli sürmək üçün heç bir əsas yoxdur".
Rusiya XİN digər ölkələrin də, ABŞ-ın "Marinera" nümunəsindən "ilhamlana" biləcəyini açıqlayıb: "Rusiya "Marinera" hadisəsi ilə əlaqədar Birləşmiş Ştatların Amerika "sanksiya qanunvericiliyinə" istinadlarını əsassız hesab edir. Rusiya "Marinera" gəmisinin təqibi ilə bağlı ABŞ-a rəsmi olaraq etiraz edib".