Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Dövlət Dumasına miqrasiya siyasətini təkmilləşdirməyə yönəlmiş qanun layihələri yaxın vaxtlarda təqdim olunacaq.
Moderator.az xəbər verir ki, bu barədə spiker Vyaçeslav Volodin sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Rusiyaya üç aydan çox müddətə gələn bütün xarici vətəndaşlar üçün məcburi tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endiriləcək.
Həmçinin təklif edilir ki, tibbi təşkilatlar miqrantda yoluxucu xəstəliyin aşkarlanması ilə bağlı doldurulmuş tibbi müayinə hesabatları barədə Daxili İşlər Nazirliyinə və müvafiq instansiyalara məlumat versinlər.
Tibbi müayinədən yayınan əcnəbi vətəndaşlar üçün cərimə və məhkəmə qərarı ilə deportasiya imkanını nəzərdə tutan inzibati cəzaların tətbiqi nəzərdə tutulur.
Təkliflərə rəsmi sağlamlıq sənədlərin saxtalaşdırılmasına və belə sənədlərin qanunsuz dövriyyəsinə görə cinayət cəzalarının artırılması da daxildir.