Trampdan Putinə BÖYÜK ŞOK: Rusiya neftini alanlar CƏZALANDIRILACAQ
Dünya
1610
08 Jan 2026 | 15:11

Trampdan Putinə BÖYÜK ŞOK: Rusiya neftini alanlar CƏZALANDIRILACAQ

ABŞ senatoru Lindsi Qraham Prezident Donald Trampın Rusiyanın müharibəni maliyyələşdirməsinin qarşısını almağa yönəlmiş ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəklədiyini açıqlayıb.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, qanun layihəsi Rusiyadan ucuz neft alan ölkələrə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutur.
 
Senator Qraham bildirib ki, Prezident Trampla keçirilən görüşdən sonra bu təşəbbüsə razılıq verilib. Onun sözlərinə görə, layihə Trampa Rusiya neftini alan ölkələrə qarşı ciddi təzyiq mexanizmləri təqdim edir. Qraham qeyd edib ki, bu addım Ukraynanın sülh üçün müəyyən güzəştlərə getdiyi bir mərhələdə atılır və “vaxt baxımından uyğun” hesab olunur.
 
Senatorun fikrincə, qanun layihəsi Çin, Hindistan və Braziliya kimi ölkələrin Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanı maliyyələşdirən ucuz Rusiya neftinin alışını dayandırmasına təsir göstərə bilər. ABŞ mediası sənədin gələn həftə Senatda səsverməyə çıxarılacağını yazır.
 
Bu açıqlamalar ABŞ-ın beynəlxalq sularda Rusiyada qeydiyyatdan keçmiş neft tankerini ələ keçirməsindən sonra səsləndirilib. Rusiya Nəqliyyat Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda “Bella 1” adlı, sonradan “Marinera” adlandırılan tankerin Şimali Atlantikada ABŞ Avropa Komandanlığı tərəfindən ələ keçirildiyini bildirib.
 
Nazirlik qeyd edib ki, gəmi 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun şəkildə Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb. Açıqlamaya görə, Moskva vaxtı ilə təxminən saat 15:00-da, açıq dənizdə və heç bir dövlətin ərazi sularında olmayan ərazidə ABŞ Hərbi Dəniz Qüvvələri gəmiyə minib və sonradan onunla əlaqə kəsilib.
 
Rusiya tərəfi 1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına istinad edərək bildirib ki, açıq dənizlərdə sərbəst naviqasiya prinsipi qüvvədədir və heç bir dövlətin digər ölkənin bayrağı altında qeydiyyatdan keçmiş gəmiyə qarşı güc tətbiq etmək hüququ yoxdur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər