İranın 92 şəhərində kütləvi etiraz aksiyaları keçirilir
Dünya
1622
08 Jan 2026 | 09:07

İranın 92 şəhərində kütləvi etiraz aksiyaları keçirilir

İranda kütləvi iğtişaşlar 27 əyalətin 92 şəhərinə yayılıb.
 
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, son 10 gün ərzində 27 əyalətin 92 şəhərində, 22 universitet də daxil olmaqla 285 yerdə etiraz aksiyaları keçirilib.  Etirazlarda 38 nəfər ölüb, 2076 nəfər həbs edilib.
 
Ölkənin paytaxtı Tehran da daxil olmaqla 16 böyük şəhərdə nümayişlər keçirilib. 
 
Xatırladaq ki, dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar baş verib. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər