Xəzəri üzərək keçən britaniyalı səyyah 28 ildən sonra evə qayıdır
Dünya
1586
08 Jan 2026 | 08:42

Xəzəri üzərək keçən britaniyalı səyyah 28 ildən sonra evə qayıdır

28 ildir dünyanı dövr edən britaniyalı paraşütçü Karl Buşbi artıq Avropaya çatıb və gələn il vətənə qayıtmağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Make It" yazır.
 
Məlumata görə, Karl Buşbinin 1998-ci ildə başlayan "Qoliaf" ekspedisiyası yalnız fiziki dözümlülüyün deyil, həm də mürəkkəb geosiyasi maneələri dəf etmək qabiliyyətinin sınağına çevrilib.
 
Səyahət Çilinin ən cənub nöqtəsi olan Punta Arenasda başlayıb. Bu müddət ərzində Buşbi iki ciddi qaydaya riayət edib: yalnız piyada (və ya üzərək) səyahət etmək və bütün səyahətini başa vurana qədər evə qayıtmamaq.
 
56 yaşlı ekstremal idmançı 36 000 mildən çox məsafə qət edib. O, səyahətinə yalnız 500 dollar və minimal avadanlıqla başlayıb.
 
Buşbi həmçinin 31 gün ərzində Xəzər dənizini üzərək keçməsi ilə də məşhurdur.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər