Dünyanın ən uzunömürlü ölkələri açıqlandı
Dünya
1758
08 Jan 2026 | 00:50

Dünyanın ən uzunömürlü ölkələri açıqlandı

Yeni açıqlanan beynəlxalq hesabatlara görə, insanların ən uzun ömür sürdüyü ölkələrin siyahısı bəlli olub. Siyahıya rəhbərlik edən ölkələrdə səhiyyə sisteminin keyfiyyəti, qidalanma vərdişləri və həyat tərzi əsas rol oynayır.

Moderator.az xəbər verir ki, orta ömür uzunluğunun 87 yaş olduğu Monako siyahının ilk pilləsində qərarlaşıb.

Honkonq: 85.3 yaş ilə ikinci sıradadır.

Makao: 85.1 yaş ilə üçüncü yeri tutur.

Yaponiya: 84.8 yaş ilə dünyanın ən uzunömürlü millətlərindən biri olmağa davam edir.

Türkiyə bu siyahıda 78.6 yaş orta göstərici ilə dünyada 81-ci sırada yer alıb. Qadınlarda orta ömür uzunluğu 81.3 yaş, kişilərdə isə 75.9 yaş olaraq qeyd edilib. Türkiyənin siyahıdakı yeri Avropa ölkələri ilə müqayisədə orta səviyyədə olsa da, bəzi inkişaf etmiş ölkələrdən geridə qalır.

İsveçrə, İtaliya və İspaniya kimi ölkələr orta hesabla 83-84 yaş göstəricisi ilə siyahının ilk onluğuna yaxın mövqelərdədir.

Bəzi inkişaf etməkdə olan ölkələrdə isə stress faktorları və qidalanma problemləri səbəbindən orta ömür uzunluğunun artım sürətinin yavaşladığı müşahidə olunur.

 

(Milli.az)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər