Almaniya Sakit okeanın cənubunda yerləşən Niue dövlətinin suverenliyini tanımaq və onunla diplomatik əlaqələr qurmaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius deyib.
O bildirib ki, bu addım “mavi qitə” ilə əlaqələrin dərinləşməsinin göstəricisidir.
Korneliusun sözlərinə görə, Niue də daxil olmaqla 18 ölkə və dənizaşırı əraziləri əhatə edən Sakit Okean Adaları Forumu iqlimin qorunması sahəsində də mühüm tərəfdaşdır.
"Biz onlarla əməkdaşlığı gücləndirmək istərdik. Niuenin beynəlxalq hüquqi tanınması və onunla diplomatik münasibətlərin qurulması buna kömək edəcək", - Kornelius vurğulayıb.
Qeyd edək ki, Niue adası Avstraliya sahillərindən təxminən 4500 kilometr şərqdə və Yeni Zelandiyadan 2400 kilometr şimal-şərqdə yerləşir.