Ağ Ev: Venesuelanın qərarları ABŞ tərəfindən diktə edilməyə davam edəcək
Dünya
1738
07 Jan 2026 | 23:10

Ağ Ev: Venesuelanın qərarları ABŞ tərəfindən diktə edilməyə davam edəcək

“Venesuela artıq Amerika Birləşmiş Ştatlarına qanunsuz narkotik göndərməyəcək”. 

Moderator.az-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib. O, bildirib ki, Venesuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək.

“Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları Amerika Birləşmiş Ştatları tərəfindən diktə edilməyə davam edəcək”,- deyə Livit əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər