00:34
5°C
Bakı
Qrenlandiyanın öz ərazisində genişmiqyaslı ABŞ qoşunlarını qəbul etməyə hazır olduğu açıqlanıb.
Moderator.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte CNN telekanalına müsahibəsində bildirib.
O, adanın ilhaqındansa, Vaşinqtonla əməkdaşlığın seçilməsi imkanı ilə bağlı suala belə cavab verib:
"Bilirəm ki, Qrenlandiya əlavə Amerika qoşunlarının yerləşdirilməsinin müzakirəsinə tamamilə açıqdır. Bununla bağlı heç bir problem yoxdur. Müvafiq razılaşmalar mövcuddur".