00:35
5°C
Bakı
"Marinera" tankerinin heyəti ABŞ-nin Venesuela neftinə qarşı sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq.
Moderator.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
O, gəminin Venesuelanın kölgə donanmasının bir hissəsi olduğunu iddia edib.
K.Livitt jurnalistin Qrenlandiyadakı hərbi fəaliyyətlə bağlı sualına cavabında bildirib ki, Arktika bölgəsinə nəzarət Çin və Rusiyanın "bu bölgədə təcavüzlərini davam etdirə bilməyəcəyinə" zəmanətdir.
Daha əvvəl ABŞ Şimali Atlantikada Böyük Britaniya yaxınlığındakı "Marinera" neft tankerini nəzarətə götürüb. "Bella 1" adını "Marinera" olaraq dəyişdirən gəmi ötən ay ABŞ-nin Sahil Mühafizəsi tərəfindən Venesuela sahillərində təqib edilib.