Antonio Quterreş Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada ilə görüşüb
Dünya
1843
07 Jan 2026 | 21:57

Antonio Quterreş Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Moncada ilə görüşüb

BMT baş katibi Antonio Quterreş Venesuelanın təşkilatdakı daimi nümayəndəsi Samuel Moncada ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

O, qeyd edib ki, görüş zamanı Venesueladakı mövcud vəziyyət və regionda baş verən son proseslər müzakirə olunub. Baş katib ABŞ-nin Venesuela ilə bağlı hərbi addımlarına dair təşkilatın mövqeyini bir daha xatırladaraq, eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Antonio Quterreş həmçinin Venesuelada mümkün inklüziv milli dialoqun dəstəklənməsi məqsədilə xoş niyyətli vasitəçilik imkanlarını təklif etməyə hazır olduğunu bildirib.

Baş katib qeyd edib ki, Venesuelanın təbii sərvətləri ölkə xalqına məxsusdur və dənizlərdə həyata keçirilən istənilən hüquq-mühafizə tədbirləri beynəlxalq hüquqa uyğun olmalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər