Tramp: Çin və Rusiyanın qorxduğu yeganə dövlət Trampın yenidən qurduğu ABŞ-dır
Dünya
1873
07 Jan 2026 | 21:00

Tramp: Çin və Rusiyanın qorxduğu yeganə dövlət Trampın yenidən qurduğu ABŞ-dır

“Yadınızda saxlayın! Mən gələnə qədər NATO-nun bütün o böyük tərəfdarları üçün deyirəm: onlar ümumi daxili məhsulun (ÜDM) cəmi 2%-ni ödəyirdilər və əksəriyyəti öz öhdəliklərini yerinə yetirmirdi. ABŞ isə axmaqcasına onların əvəzinə pul ödəyirdi!”

Moderator.az xəbər verir ki, bunları ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

Tramp bildirib ki, o vəzifəyə gələndən sonra NATO üzvlərinin ödəməli olduqları məbləği ÜDM-nin 5%-nə çatdırıb və tərəfdaş dövlətlər dərhal sözügedən məbləği ödəməyə başlayıblar.

“Hamı bunun mümkün olmadığını deyirdi. Amma mümkün oldu. Çünki hər şeydən öncə onların hamısı mənim dostlarımdır”, - Tramp bildirib.

Tramp bildirib ki, onun müdaxiləsi olmasaydı, Rusiya bu gün Ukraynanın hamısını ələ keçirmiş olardı.

“Yadınızda saxlayın ki, mən təkbaşına 8 müharibəni bitirmişəm və NATO üzvü olan Norveç axmaqlıq edərək mənə Nobel Sülh Mükafatı verməyi seçmədi. Amma bunun əhəmiyyəti yoxdur! Əhəmiyyətli olan odur ki, mən milyonlarla insanın həyatını xilas etdim”, - Tramp əlavə edib.

Tramp sonra ABŞ olmadan Rusiya və Çinin NATO-dan qorxmadığını bildirib. Onun fikrincə Çin və Rusiyanın qorxduğu və hörmət etdiyi yeganə dövlət Trampın yenidən qurduğu ABŞ-dır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər